"Valideynlərin istəyi ilə baş verib, heç bir məcburiyyət yoxdur" - Təhsil İdarəsi

"Valideynlərin istəyi ilə baş verib, heç bir məcburiyyət yoxdur" -
Xırdalan şəhər 1 saylı tam orta məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəlliminə qızıl zinət əşyası hədiyyə etmələri ilə bağlı daha bir rəsmi açıqlama verilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-a bildirilib ki, izahat alınan valideynlər müəllimi müdafiə ediblər:
“Faktla bağlı araşdırma davam etdirilir. İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə valideynin ibtidai siniflərin buraxılış tədbirində müəllimə qızıl zinət əşyaları hədiyyə etməsini görüntüləri yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...