Ən çox şikayət edilən sığorta şirkətləri hansılardır?

Ən çox şikayət edilən sığorta şirkətləri hansılardır?
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AzSığorta" şirkəti olub.

GUNDEMİNFO.AZ "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib. “Atəşgah Sığorta” 3.53 indeksi ilə ikinci, “İpək Yolu Sığorta” isə 2,16 indeksi ilə üçüncü olub.

Qeyd edək ki, siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. "Naxçıvan Sığorta" üzrə isə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

Sığortaçılar Şikayət indeksi
"AzSığorta" ASC* 3.82
“Atəşgah Sığorta” ASC 3.53
“İpək Yolu Sığorta” ASC 2.16
"Günay Sığorta" ASC 1.67
"A-Qroup Sığorta" ASC 1.6
"Xalq Sığorta" ASC 1,51
""AtaSığorta" ASC 1.46
"Bakı Sığorta" ASC 1.46
"Azərbaycan Sənaye Sığorta" ASC 1.39
“Azәrsığorta” ASC 0.92
"Meqa Sığorta" ASC 0.55
"Qala Sığorta" ASC 0,40
“Paşa Sığorta” ASC 0,17
"Naxçıvansığorta" ASC** 0,00



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...