Müstəqillik dövründə doğum göstəriciləri necə dəyişib? - Uşaqpulu verilməməsinin acı mənzərəsi

Müstəqillik dövründə doğum göstəriciləri necə dəyişib? -
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-aprel aylarında Azərbaycanda 37159 uşaq doğulub, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalma qeydə alınıb.

Novator.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə doğum sayı 190353 göstərilib.

1995-ci ildə 143315 uşaq, 2000-ci ildə 116994 uşaq, 2005-ci ildə 141901 uşaq, 2010-cu ildə 165643 uşaq, 2015-ci ildə 166210 uşaq, 2020-ci ildə 126571 uşaq, 2021-ci ildə 112284 uşaq, 2022-ci ildə 122846 uşaq dünyaya gəlib.

2023-cü il mayın 1-nə əhalinin hər 1000 nəfərinə doğum göstəricisi 11,1 olub.

1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum qeydə alınıb. 1995-ci ildə göstərici 18,9-a, 2000-ci ildə 14,7-yə düşüb, 2005-ci ildə 16,9-a, 2010-cu ildə 18,5-ə yüksəlib.

2015-ci ildə hər 1000 nəfərə 17,4 doğum, 2020-ci ildə 12,7 doğum, 2021-ci ildə 11,2 doğum, 2022-ci ildə 12,2 doğum rəsmiləşib.

Qeyd edək ki, doğum sayında belə kəskin azalmanın bir səbəbinin də Azərbaycanda uşaqpulunun verilməməsi olduğu şübhə doğurmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...