Banklar 5 ayda 1 milyarddan çox kredit verib

Banklar 5 ayda 1 milyarddan çox kredit verib
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 1 milyard 65 milyon manat kredit verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bidirir ki, 5 ay ərzində 316 milyon manat biznes kreditləri, 470 milyon manat istehlak kreditləri, 279 milyon manat ipoteka kreditləri verilib.
Ötən ayın əvvəlinə olan sonuncu məlumata görə, banklar tərəfindən ümumilikdə 20 milyard 659 milyon manat kredit verilib.
Bunun 11 milyard 171 milyon manatını biznes kreditləri, 6 milyard 225 milyon manatını istehlak kreditləri, 3 milyard 264 milyon manatını isə ipoteka kreditləri təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...