İqtisadiyyat kiçilib, ticarət dövriyyəsi azalıb, manat dəyərini itirib, amma... (ŞƏRH)

İqtisadiyyat kiçilib, ticarət dövriyyəsi azalıb, manat dəyərini itirib, amma...
"Yanvar ayından sonra ölkədə pul kütləsini arta bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli pul kütləsinin azalmasının səbəblərindən danışarkən deyib.

Akif Nəsirli ölkədə ilin 3 və 4-cü rüblərində pul kütləsinin azalmasının müşahidə edildiyini vurğulayıb:

"Amma il ərzində bu tendensiya davam edib. Bunun səbəblərinə diqqət yetirsək, il ərzində müəyyən qədər infliyasiya getdiyini müşahidə edə bilərik. 11 ay ərzində 11%-ə yaxın infliyasiya gedib. Bu əhalinin gəlirlərini müəyyən mənada azaldıb. Hər ay əlimizə gələn pul kütləsinin bir hissəsi real dəyərini itirir. Məsələn, yanvar ayında 100 manata aldığımız qidalar indi 130 manata başa gəlir. Yəni, manat artıq dəyər itirib. Biz itirilən dəyərə görə gəlirlərimizi daha qənaətlə realizə edirik. Ölkədə əhalinin gəlirlərinin azalması pul kütləsinin azalmasına gətirib çıxarır”.

Akif Nəsirli ölkə iqtisadiyyatının kiçildiyini bildirib:

"Bu zaman artıq manatın ölkə daxilində dövriyyəsi də azalır. Digər tərəfdən, ölkədə ticarət dövriyyəsi də düşüb. Ticarət dövriyyəsinin azalması da pul kütləsinin azalmasına təsir edən amillərdəndir. Əsas amil ölkə iqtisadiyyatının kiçilməsi və ticarət dövriyyəsidir. Pul kütləsinin azalması bəzən müsbət tendensiyaların təsiri altında gedir, bəzən isə mənfi. Bəzən pul kütləsinin dövriyyə sürəti çoxalır. Bu zaman pul kütləsi azalır”.

Ekspert hesab edir ki, Azərbaycanda pul kütləsinin azalması dövriyyə sürətinin artması ilə müşahidə edilmir:

"Pul dövriyyəsi olduğu kimi qalır, amma pul kütləsi azalır. Bu, artıq mənfi tendensiya kimi xarakterizə edilir. Pul kütləsinin azalması faktiki olaraq mənfi tendensiyaların təsiri altındadır".

Qeyd edək ki, Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...