Nazirlik yenə yemək şirkətinin rəhbərindən əlil və şəhid ailələri üçün mənzillər alır

Nazirlik yenə yemək şirkətinin rəhbərindən əlil və şəhid ailələri üçün mənzillər alır
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.a
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi fiziki şəxs Əlisoy Natiq Hüseyn oğlu (VÖEN – 0800049862) olub.
Tender müsabiqəsinin şərtlərinə görə Nazirlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri Natiq Əlisoydan satın alacaq.
Satın alınacaq mənzillərin qarşılığında Natiq Əlisoya 1 miyon 554 min 240 manat ödəniləcək.
Həmçinin oxuyun: Nazirlik yemək şirkətinin rəhbərindən əlil və şəhid ailələri üçün mənzillər alır – Təfərrüat
Diqqət çəkən məqamlardan bir odur ki, Əlisoy Natiq Hüseyn oğlu eyni zamanda “Gulay-Food” MMC (VÖEN – 1602518151) adlı şirkətin qanuni təmsilçisidir.
Natiq Əlisoyun qanuni təmsilçisi olduğu və nizamnamə kapitalı cəmi 1 manat olan “Gulay-Food” MMC 2022-ci ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderdə də qalib olub. “Gulay-Food” MMC Sosial Xidmətlər Agentliyinə 2022-ci il ərzində hazır yeməklər satıb.
Onu da bildirək ki, açıq mənbələrdə nə “Gulay-Food” MMC, nə də Əlisoy Natiq Hüseyn oğlu barəsində hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Nazirliyə milyonlarla manat dəyərində yemək və mənzillər satacaq şirkətin və sahibkarın nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
Məlumat üçün bildirək ki, 2022-ci ilin dekabr ayında da Natiq Əlisoy Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 3,2 milyon manatlıq tenderinin qalibi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...