Ötən il mobil operatorlar 870 mln. manatdan çox gəlir əldə edib

Ötən il mobil operatorlar 870 mln. manatdan çox gəlir əldə edib


2015-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 642,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53%-i və ya 870,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...