Azərbaycanda neft dövrü bitir - 50 milyondan 30 milyon tona enib

Azərbaycanda neft dövrü bitir -
Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin hasilatında bir neçə il əvvəl başlayan azalma davam edir.

Gundeminfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə xam neft hasilatı 2010-cu ildəki pik həddən – 50,9 milyon tondan aşağı düşməkdədir. 2023-cü ildə bu göstərici 30,2 milyon tona enib.

Qeyd edək ki, ölkədə xam neftin əsas hissəsi Azərbaycanın 1994-cü ildə imzaladığı «Əsrin müqaviləsi» çərçivəsində hasil edilir.

Bu müqavilə üzrə işlər nəticəsində 2000-ci illərindən əvvəlindən etibarən artmağa başlayan hasilat 2010-cu ildən bəri davamlı azalmaqdadır.

Beləliklə, 2000-ci ildə Azərbaycanda illik xam neft hasilatı 14 milyon 17 min ton təşkil edib, sonrakı illərdə hasilat artmaqda davam edib və 2005-ci ildə 22 milyon, 2006-cı ildə isə daha 45% artaraq 32 milyon tonu keçib.

2007-ci ildə isə illik neft hasilatı daha 10 milyon ton artaraq 42 milyon tonu keçib və 2010-cu ildə pik səviyyəsinə 50,8 milyon tona çatıb.

2011-ci ildə bu proses əksinə cərəyan etməyə başlayıb. Həmin ildə hasilatın 45 milyon tona düşməsindən sonra 2012-ci ildə bu göstərici 43 milyon tona, 2017-ci ildə 38 milyon tona düşüb.

2018-ci ildə neft hailatı cüzi artsa da, bu ümumi tendensiyanı dəyişməyib və sonrakı illərdə hasilat azalmaqda davam edib.

2022-ci ildə ölkədə neft hasilatı 32,6 milyon tona, 2023-cü ildə isə 30,2 milyon tona enib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...