Prezidentliyə namizəd “Kristal Abşeron”dan edilən şikayətlərdən danışdı
Son illərdə tikinti şirkətlərinin inşa etdiyi binaların keyfiyyətindən müxtəlif səpkili şikayətlərə rast gəlmək olar.
Payçıları xüsusən narahat edən tikilən binaların beton keyfiyyəti, zəlzələyə davamlılığının olmasıdır. Habelə MTK-lar mənzillərin kvadratmetrində insanları aldadır, onların hüquqlarını pozur. Hətta bu günlərdə məlum olmuşdu ki, o şirkətlərdən biri – “Kristal Abşeron”ın binası əyilib.
Söhbət bu qədər reklam edilən “Qobu Park” layihəsindən gedir. Təsəvvür edin ki, müasir dönəmdə şirkət bina tikir, o da əyilir. Bundan başqa, “Park Yasamal” layihəsinə aid sosial şəbəkədə vətəndaşlar bəzi iddialar səsləndirmişdi.
Maraqlıdır, nə üçün tikinti şirkətləri ilə bağlı konkret addımlar atılmır? Bu gün dövlət qurumları tərəfindən onların işinə nəzarət mexanizmi lazımı səviyyədə qurulubmu?
Bu mövzuda Tribunainfo.az-a danışan Prezidentliyə namizəd Fuad Əliyev qeyd edib ki, ümumiyyətlə, onun seçki platformasında göydələn tikintisi ilə bağlı konkret təkliflər var: “Mən İctimai Televiziyada çıxışlarımda, mətbuata müsahibələrimdə açıqlamışam ki, Bakıda və bölgələrdə 7 mərtəbədən artıq bina tikilməsinə icazə verilməməlidir. Bildirmişəm ki, bu barədə dövlətin sərt qərarı və nəzarəti olmalıdır. Çünki həm təhlükəsizlik, həm zəlzələyə dözümlülük cəhətdən vacibdir. Sovet dövründə maksimum 9 mərtəbəli binalar tikilib, uşaqlar üçün istirahət yerindən tutmuş qarajlara qədər təmin olunub. Hazırda 19-20 mərtəbəli binalar tikən şirkətlər avtopark üçün normal yer saxlamır, sıxlıq olur, üstəlik, zəlzələyə dözümlülüklə bağlı insanlarda ciddi narahatlıq və təşviş var. Ona görə də təklif edirəm ki, 7 mərtəbədən hündür bina tikilməsi qadağan olunmalıdır. Üstəlik, mənzillərin bölgüsü, keyfiyyətli beton işi və digər məsələlərdə heç də şirkətlər tikinti normalarına həmişə əməl etmirlər. O baxımdan “Kristal Abşeron” şirkəti üçün də bu məsələ keçərli ola bilər. Elə şirkətin “Qobu Park” layihəsi haqda verilən məlumat göstərdi ki, düzgün iş aparılmayıb”.
Prezidentliyə namizəd bildirib ki, mətbuatda, sosial şəbəkələrdə “Kristal Abşeron” və eləcə də başqa tikinti firmaları barəsində şikayətlərə rast gəlmək mümkündür: “Biz vətəndaşların müraciət və şikayətlərini izləyirik, qeydə alırıq. Onların sosial problemlərini aidiyyatı qurumlar qarşısında qaldırırıq. Bilirsiniz ki, mən “Müstəqil Həmkarlar” İctimai Birliyini təsis edənlərdən biriyəm və komandamız vətəndaşların müxtəlif sosial problem, şikayətlərini araşdırır, müraciətləri yoxlayıb qurumlara yönəldirik ki, insanların şikayətinə baxılsın. Bu mənada “Kristal Abşeron”dan edilən şikayətlər, mətbuatda gedən xəbərlər barəsində bizim ictimai birlik tərəfindən araşdırmalar aparılması mümkündür. Həmçinin, bizim “qaynar xətt” var və hər bir vətəndaşımız hansı məsələdə narazıdırsa, zəng açaraq müraciət edə bilər. Misal üçün “Kristal Abşeron”dan şikayət edənlərdən biri mətbuata demişdi ki, “Qobu Park”da binanın üstü keyfiyyətsiz təmir edildiyindən nəmişlik olur, nəticədə mənzildəki divarlar kif bağlayır. Yəni bu narazılıqlar varsa, deməli, tədbir görülməlidir ki, sakinlər şikayət etməsinlər. Onlar pulu nəmişlik, kif üçün verməyib”.
Fuad Əliyev hesab edir ki, bütövlükdə hər bir tikinti şirkəti işini vicdanlı görməlidir: “Əvvəla, qanunlara, tikinti normalarına əməl etmək onların borcudur. İkincisi, nəzərə almalıdırlar ki, insanlar əziyyətlə, kreditlə, çətinliklə mənzil alır, ev sahibi olanda sevinirlər, amma onlara keyfiyyətsiz mənzillər satılanda ortaya belə problemlər, ziddiyyətli məsələlər çıxır”.
394 dəfə oxundu