İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi

İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi
Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsi qurum barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin keçmiş rəisi, gömrük xidməti polkovniki Rafiq Cəlal oğlu Fətullayev tərəfindən irəli sürülüb.

Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Orucovanın icraatına verilib.

İddia əmək məsələləri üzrə mübahisələrlə əlaqədar qaldırılıb. Polkovnik Rafiq Fətullayev Komitədən onu işə bərpa etməsini tələb edir.

Məlumat üçün bildirək ki, ötən ilin aprel ayında mətbuatda Rafiq Fətullayevin nöqsanlara görə işdən azad olunduğu barədə məlumatlar yayılıb.

Yayılan məlumatlarda həmçinin qeyd olunur ki, əslən Babak rayonun Nehrəm kəndindən olan Rafiq Fətullayevin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevlə qohumluq əlaqələri var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...