DİM 1 500 taksi sifarişinə 58 min manat ödəyəcək – 1 km üçün 1 manat 5 qəpik
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “ENAR TAXİ” MMC (VÖEN – 1503990801) olub.
DİM “ENAR TAXİ” MMC-dən taksi icarəsi xidmətini satın alacaq və qarşılığında 58 min 150 manat ödəyəcək.
“ENAR TAXİ” MMC DİM-in sifarişi əsasında imtahan rəhbərlərini və imtahan materiallarını Bakı şəhəri və ətraf ərazilərə aparacaq. Xidmətin göstəriləcəyi məsafənin ümumi uzunluğu 55 min 500 km-dək olacaq. Bu isə o deməkdir ki, “ENAR TAXİ” MMC-nin təqdim etdiyi taksi xidmətində 1 km məsafə üçün ən aşağı tarif 1 manat 5 qəpik olacaq.
Onu da bildirək ki, ötən il DİM tərəfindən kreçirilən analoji tenderin də qalibi “ENAR TAXİ” MMC olub. 2023-cü ildə “ENAR TAXİ” MMC-nin təqdim etdiyi taksi xidmətində 1 km məsafə üçün ən aşağı tarif 1 manat 3 qəpik olub.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ENAR TAXİ” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Məsud Əlizadə, ev 62-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev İlkin Elşən oğludur.
Qeyd edək ki, “ENAR TAXİ” MMC ölkənin aparıcı taksi xidmətlərindən bir olan “189 Taxi”yə bağlıdır. “189 Taxi”nin sahibi isə Ağacan Abbasovdur. Ağacan Abbasov “Bizim Taksi” MMC və “Call Center” QSC-nin də sahibidir.
475 dəfə oxundu