“Ukrayna uduzsa, NATO Rusiya ilə döyüşəcək” – Pentaqon rəhbəri

“Ukrayna uduzsa, NATO Rusiya ilə döyüşəcək” –
“Ukrayna məğlub olarsa, NATO qoşunları Rusiya ilə birbaşa hərbi münaqişəyə girəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində yanvarın əvvəlində onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı dinləmələrdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Ukrayna uduzsa, Putin dayanmayacaq, hücuma davam edəcək və qonşularının suveren ərazisini ələ keçirəcək. Əgər siz Baltikyanı bir ölkəsinizsə, növbəti olacaqsınızmı deyə çox narahatsınız. Və buna görə də onlar Putini tanıyırlar, onun nəyə qadir olduğunu bilirlər. Açığını deyim ki, Ukrayna uduzsa, NATO-nun Rusiya ilə müharibə edəcəyinə həqiqətən inanıram”, - Pentaqon rəhbəri bildirib.
Lloyd Ostinin sözlərini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh edib.
“Bu, Rusiya üçün birbaşa təhdiddir, yoxsa Zelenski üçün bəhanə tapmaq cəhdidir? Hər ikisi absurddur. Amma indi hamı görə bilər ki, təcavüzkar Vaşinqtondur”, – o, teleqram kanalında yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...