Sizi yaşadığınız evdən çıxara bilərlər - Mənzil sahibləri vergidən necə yayınır?
Mənzillər kirayə verilərkən bəzən tərəflər müqavilə bağlamadan şifahi razılığa gəlirlər. Bu, həm kirayəyə verən, həm də kirayəçi üçün gələcəkdə yarana biləcək problemlərin hüquqi yolla həllində çətinlik yaradır.
Ümumiyyətlə, mənzil kirayə verərkən nələrə diqqət etmək lazımdır?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov TNS-ə deyib ki, ölkədə hər bir vətəndaş əldə etdiyi gəlirdən vergi ödəməlidir.
"Daşınmaz əmlak sahəsində mənbədən tutulan vergi 14 faiz təşkil edir. Hər bir vətəndaş daşınmaz əmlakdan qazandığı məbləğin 14 faizini vergi şəklində ödəməlidir. Amma ölkə iqtisadiyyatında önəmli rola sahib olan daşınmaz əmlak bazarında vergi sahəsində problemlər var. Vətəndaşlar vergi qanunvericiliyinə əməl etmir. Mənzilini kirayə verən vergidən yayınır. Gələcəkdə tərəflər arasında hansısa problem ortaya çıxdıqda isə çətinlik yaranır. Məsələn, kirayənişin mənzili qarət edə, orada istənilən sayda şəxslər yerləşdirə, kirayə pulunu gecikdirə, hətta heç bir ödəniş etmədən gizli evdən çıxa bilər. Onun mənzili yararsız hala salması ehtimalı da var. Kirayə verən şəxslər üçün belə risklər mövcuddur", - deyə o bildirib.
Ekspert icarəyə götürən şəxslər üçün də müəyyən risklərin olduğunu deyib: "Məsələn, gözlənilməz halda ev sahibi onu mənzildən çıxara, qiyməti artıra bilər. Bundan başqa, vətəndaşın yaşadığı ünvan dəyişəndə mütləq qeydiyyat ünvanı da dəyişilməlidir. Mənzil sahibinin razılığı olmadan isə kirayə qaldığı ünvana qeydiyyata düşməsi mümkün deyil. Qeydiyyat yaşayış üçün önəmlidir, əgər vətəndaşın qeydiyyatı yoxdursa, səsvermədə iştirak etməkdə, övladını məktəbə yerləşdirməkdə və s. problemlərlə üzləşə bilər”.
Elnur Azadov xatırladıb ki, icarə müqaviləsi müddətli olur. İcarə müqaviləsində müddət, qiymət, yaşayacaq şəxslərin siyahısı, evdəki əşyalar göstərilir: “Həmçinin qiymətlərin hansı müddətədək dəyişilməyəcəyi qeyd olunur. Kirayə verən şəxs mütləq evdəki əşyaların siyahısın tutmalıdır. Mənzil təhvil verilərkən sayğacların göstəriciləri müqavilədə əks olunmalıdır. Həmin tarixə olan ödənişlər sahibkar tərəfindən sıfırlanmalı, yəni tamamilə ödənilməlidir".
459 dəfə oxundu