Hüseyn Abdullayev dövlət əleyhinə çıxış edənləri maliyyələşdirməkdə ittiham edilir
Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.
“Qafqazinfo” Hüseyn Abdullayevin yeni cinayət işinin detallarını əldə edib.
İttihama görə, Abdullayev xarici ölkələrdə məskunlaşıb dövlət əleyhinə çıxışlar edən şəxsləri maliyyələşdirib. Cinayət yolu ilə qazanılmış pullar da bu yolla leqallaşdırılıb. Söhbət gedən məbləğ isə 5 milyon manatdan çoxdur.
Bu iş üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə gün əvvəl prokurorun təqdimatı əsasında H.Abdullayev haqda həbs qətimkan tədbiri seçilib. Müdafiə tərəfi ittihamı qəbul etməyərək qərardan şikayət verib. Bu gün Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, “Quska” ləqəbli H.Abdullayev 2018-ci ildə dələduzluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bundan sonra Abdullayev cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına etap ediləcək.
378 dəfə oxundu