Neft bahalaşmaqda davam edir - 33,38 dollar

Neft bahalaşmaqda davam edir -


Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

APA TV-nin məlumatına görə, həftənin ilk seanslarında birjalarda “Brent” markalı neftin qiyməti bahalaşaraq 33,38 dollar təşkil edib. Bu, həftə sonu qeydə alınan qiymətdən 1,2 dollar bahadır. “Brent” nefti ötən həftə boyu təqib etdiyi WTI markalı nefti ötüb keçməyə müvəffəq olub. Birjalarda mart fyüçersləri üçün WTI neftinin bir bareli 32,55 dollardan bağlanıb.

Treyderlərin fikrincə, Avropa və ABŞ-da soyuq havaların hökm sürməsi neftə olan tələbatı artırıb, digər tərəfdən neftin ucuzlaşması ABŞ-da şist neft hasilatını səmərəsiz etdiyindən hasilat aşağı düşüb. Sonuncu ehtimalı doğru olub-olmamasını bu həftə açıqlanacaq iki hesabatdan sonra məlum olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...