NAXÇIVANDA QAZİLƏR TƏQAÜDLƏRİNİN VERİLMƏMƏSİNƏ ETİRAZ EDİR - "Fevral ayından təqaüd ala bilmirik" / VİDEO

NAXÇIVANDA QAZİLƏR TƏQAÜDLƏRİNİN VERİLMƏMƏSİNƏ ETİRAZ EDİR -
Naxçıvan şəhər sakinləri olan bir qrup qazi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, fevral ayından təqaüdlərini ala bilmirlər:

“Biz qazilər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Vətənimiz uğrunda canımızdan, qanımızdan keçmişik, bu gün üçün də hazırıq. Amma bizlərə qarşı olunan haqsızlıqlar dözülməzdir. Şikayətimizə baxılmır, rəsmi şəxslərin qəbuluna girə bilmirik.

Biz sağlamlığımızı itirən şəxslərik. Buna baxmayaraq, fevral və mart ayının təqüdünü ala bilmirik, vermirlər. Bizə deyirlər ki, problem bizdə deyil, Bakıdadır.

Bizdə olan məlumata əsasən, fevral ayında Naxçıvanın 4 rayonundan olan qazilərin pulu kartlarına vurulub, amma bizimkilər hələ də köçürülməyib. Nazirliyə yaxınlaşırıq, deyirlər ki, sistemdə problem var, təqaüdləri vura bilmirik".

Şikayətçilər deyir ki, məsələdə ilə bağlı Bakı ilə əlaqə saxlayıblar. "Dedilər ki, bizdən pul ötürülüb", - deyə şikayətçilər bildirirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...