Rusiyanın elit qoşunu Kiyevi niyə tuta bilmədi?

Rusiyanın elit qoşunu Kiyevi niyə tuta bilmədi?
Ukrayna müharibəsinin başlanğıcında Rusiya silahlı qüvvələrinin hava-desant qoşunlarının ən mobil və döyüşə hazır hissələri Kiyev istiqamətində yerləşdirildi.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.

Onun sözlərinə görə, bu hərbçilərin mühüm obyektləri ələ keçirmək və sürətlə yerdəyişmək üçün dəqiq planları var idi:

"Onlar gözlənilməz, peşəkar müqavimətlə qarşılaşdılar və bütün irəliləyişləri dayandırıldı, buna görə də planlarını tez dəyişmək məcburiyyətində qaldılar. Əgər bu baş verməsəydi, sürətli hücum, Kiyevin inzibati zonasına sürətlə irəliləmək, hökumət binalarını ələ keçirmək, Rusiya bayrağını qaldırmaq və Kiyevdə parad keçirmək planı reallaşardı. Onların belə planları var idi və inanın ki, müqavimətimiz olmasaydı, həyata keçərdi".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...