İbrahim Nehrəmli ilə bağlı daha bir məhkəmə - İş adamı iddia qaldırdı

İbrahim Nehrəmli ilə bağlı daha bir məhkəmə -
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı İbrahim Nehrəmlinin ləğv olunmuş “Avesta Construction” şirkəti məhkəməyə verilib.

“Qaynarinfo”ya daxil olan məlumata görə, iddiaçı Eldar Bahadır oğlu Kərimovdur. Onun iddiasına Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Əhmədovun icraatındadır.

“Avesta Construction” MMC 2016-cı ildə “Avesta Konsern” MMC-yə qoşularaq ləğv edilib. Media bu barədə məlumatı Dövlət Vergi Xidmətinə istinadən yayıb.

“Avesta Konserni” MMC 18 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 320 manat olan şirkətin qanuni təmsilçisi Araz Ələsgər oğlu Nadirovdur. Şirkətin sahibi isə İbrahim Nehrəmlidir.

O, həm də “Xəzər adaları” layihəsinin müəllifi kimi tanınır. İbrahim Nehrəmli bu layihənin icrasını başa çatdıra bilməyib. Daha doğrusu, Beynəlxalq Bankla bağlı kredit qalmaqalından sonra iş adamı layihənin icrasını dayandırıb. Məlumat üçün deyək ki, kredit qalmaqalında İbrahim Nehrəmli də əsas fiqurantlardan idi.

Bir müddət əvvəl iş adamı Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə məhkəmə çəkişməsinə görə gündəmə gəlmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...