Niyə məhz Vardanyanın azad edilməsi üçün çalışırlar?

Niyə məhz Vardanyanın azad edilməsi üçün çalışırlar?
Bakıda həbsxanada yatan separatçı-terrorçuların azadlığa buraxılması ilə bağlı çağırışlar Fransa və ABŞ-dan olan bir qrup siyasətçi və maliyyə fırıldaqçılarının dairəsindən gələn istəkdir. Bunun Ermənistan hakimiyyətinə birbaşa aidiyyəti yoxdur.

Bu sözləri Axar.az-a Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov separatçıların azad olunması ilə bağlı səslənən fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu təşəbbüsə qoşulan şəxslər son günlər daha çox aktivləşib və onlar əsasən, Vardanyanın azad olunmasında maraqlıdılar:

“Bunun isə öz səbəbləri var. Bir çox siyasətçinin, maliyyəçinin, elə USAİD-in rəhbəri Samanta Foksun Vardanyanla sıx əlaqələri vardı. Fransada - Qərbdə ona dəstək verən havadarları və maliyyə-kredit sistemində olan bəzi şəxslər çəkinirlər ki, həbsdə yatan Vardanyan sirləri aça bilər. Yaxud ehtiyat edirlər ki, maliyyə fırıldaqları Vardanyan işi ilə başlamış istintaq prosesində üzə çıxa bilər. Əgər Ruben yuyulan çirkli pullardan, maliyyə fırıldaqlarından az da olsa danışsa, biabır olacaqlar. Bu, ifşadır və onlar üçün böyük problemdir. Baş verməsini əngəlləmək üçün vasitə axtarırlar. Ona görə də məhz Vardanyanın həbsdən azad olunması üçün dəridən-qabıqdan çıxırlar. Bu da mümkünsüzdür. Azərbaycan bu məsələnin axırına kimi gedəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...