Sahibi həbsdə olan “Təbriz” MTK-nın işi yenidən məhkəmədə

Sahibi həbsdə olan “Təbriz” MTK-nın işi yenidən məhkəmədə


“Təbriz” MTK barəsində iddiaya Nərimanov rayon Məhkəməsində baxılır. Tribunainfo.az xəbər verir ki, iş hakim Nərgiz Tağıyevanın icraatındadır. Məmmədov Əyyub Məhəmməd oğlu mənzil hüququnun tanınması tələbi ilə məhkəməyə şikayət edib.

“Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi, eləcə də faktiki rəhbəri Hacıyev Nofəl Əhməd oğlu tərəfindən həmin MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hacıyev Nofəl Əhməd oğlu CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulam ittiham elan edilib, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...