İbrahim Rəisi aviaqəzada ölən sayca 13-cü dövlət başçısıdır – Tam siyahı
Xəbər verdiyimiz kimi, dünən İranın Şərqi Azərbaycan əyalətində baş verən helikopter qəzası zamanı ölkə prezidenti İbrahim Rəisi həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, İbrahim Rəisi dünyada aviaqəza nəticəsində həyatını itiran sayca 13-cü prezident olub.
Daha əvvəl aviaqəzada ölən prezidentlərin siyahısını təqdim edirik:
7 sentyabr 1940-cı ildə – Altos şəhəri (Paraqvay) yaxınlığında Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus “Potez 25” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə üç nəfər – Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia, onun həyat yoldaşı Culiya Miranda Kueto və pilot mayor Karmelo Peralta olub. Qəza nəticəsinə hamısı ölüb.
17 mart 1957-ci ildə – Balamban şəhəri yaxınlığında (Filippin) “Duqlas C-47 Skytrain” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtəsində olan 26 nəfərdən 25-i, o cümlədən Filippin Prezidenti Ramon Maqsaysay, bir sıra məmurlar və jurnalistlər ölüb.
13 aprel 1966-cı ildə – İraq Hərbi Hava Qüvvələrinə məxsus “Havilland DH.104 Dove 1” sərnişin təyyarəsi İraqın cənubunda Bəsrə hava limanından 10 km aralıda qəzaya uğrayıb. Təyyarədə olan ölkə prezidenti Əbdül Salam Aref qəza nəticəsində həyatını itirib. Versiyalardan birinə görə, fəlakətin səbəbi Baas Partiyasına rəğbət bəsləyən hərbçilərin təxribatı olub.
27 aprel 1969-cu ildə – Boliviya prezidenti Rene Barriendos Ortuno Arke qəsəbəsi (Boliviya) yaxınlığında vertolyot qəzası nəticəsində həlak olub. Vertolyotun qəzaya uğramasına səbəb elektrik xətti ilə toqquşması olub.
24 may 1981-ci ildə – Ekvador Hərbi Hava Qüvvələrinə məxsus “Beechcraft Super King Air” təyyarəsi Perunun cənubundakı Loja əyalətində dağlara çırpılıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, onun həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər olub və hamısı ölüb. Qəzanın dəqiq səbəbləri müəyyən edilməyib, araşdırmalar bir neçə dəfə bərpa olunub. Müxtəlif vaxtlarda pilot səhvindən tutmuş sui-qəsdə qədər müxtəlif versiyalar irəli sürülüb.
31 iyul 1981-ci ildə – Panama Hərbi Hava Qüvvələrinə məxsus “De Havilland Canada DHC-6 Twin Otter” təyyarəsi Koklesito aerodromunun (Panama) yaxınlığında çətin hava şəraitində eniş edərkən dağla toqquşub. Təyyarədə olan hər kəs, o cümlədən Panamanın faktiki lideri, general Omar Torrixos Herrera həlak olub. 1983-cü ildə aparılan araşdırmaya görə, qəzaya pilotların səhvləri səbəb olub. Sonradan bu versiya müxtəlif ictimai xadimlər tərəfindən dəfələrlə mübahisələndirilib. Ömər Torrixos Herreranın ölümünün Amerikanın siyasi və ya işgüzar dairələri tərəfindən təşkil oluna biləcəyi ehtimalı populyar olaraq qalır.
19 oktyabr 1986-cı ildə – Mbuzini kəndindən (Cənubi Afrika) 35 km məsafədə, Maputo (Mozambik) marşrutu ilə uçan LAM Mozambique Airlines şirkətinin “Tu-134A-3” sərnişin təyyarəsi qəzaya düşüb. Təyyarədə 44 nəfər - Mozambikin hökumət nümayəndə heyəti və Sovet uçuş heyəti olub. Qəza nəticəsində Mozambik prezidenti Samora Macel də daxil olmaqla 34 nəfər həlak olub. Sağ qalanlar arasında yalnız bir ekipaj üzvü var idi – uçuş mexaniki Vladimir Novoselov. Qəzanı araşdıran Cənubi Afrika komissiyasının qənaətinə görə, fəlakətə səbəb buludlu gecə şəraitində yerə təhlükəli yaxınlaşma siqnallarına məhəl qoymadan vizual uçuşa keçən pilotların səhvləri olub. Mozambikdə belə bir versiya irəli sürülüb ki, təyyarə Cənubi Afrikanın kəşfiyyat xidmətləri tərəfindən marşrutu boyunca yanlış siqnallar yayan radio mayak quraşdırılaraq bilərəkdən kursdan çıxarılmış ola bilər.
1988-ci il avqustun 17-də – Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” təyyarəsi Bahavalpur hava limanından havaya qalxmasından az sonra qəzaya uğrayıb. Təyyarədə olan 31 nəfərin hamısı həlak olub. Sərnişinlər arasında Pakistan Prezidenti Məhəmməd Ziya-ül-Həqin ilə yanaşı, ABŞ-nin bu ölkədəki səfiri Arnold Lyuis Rafel və Qərbin hərbi yardımının əfqan mücahidlərinə ötürülməsi proqramına rəhbərlik edən Pakistan Xidmətlərarası Kəşfiyyatının baş direktoru Əbdür Rəhman Axtar da olub. Təyyarə vurulmayıb, qalıqlar üzərində heç bir partlayıcı maddənin izlərinə rast gəlinməyib.
6 aprel 1994-cü ildə – Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranı daşıyan “Dassault Falcon 50” təyyarəsi yer-hava raketi ilə vurulub. Hər iki lider və təyyarədə olan digər 10 nəfər həlak olub.
26 fevral 2004-cü ildə – Makedoniya prezidenti Boris Traykovskini daşıyan “Beechcraft Super King Air 200” təyyarəsi Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Prezidentlə yanaşı onu müşayiət edən 6 nəfər və iki ekipaj üzvü həlak olub. Qəza pis hava şəraitində eniş zamanı pis hazırlıq və pilotun səhvləri səbəbindən baş verib.
10 aprel 2010-cu ildə – Polşa Respublikası Hərbi Hava Qüvvələrinin 36-cı Xüsusi Aviasiya Alayının Varşavadan Smolenskə xüsusi reyslə uçan “Tu-154M” sərnişin təyyarəsi Smolenskdə eniş edərkən qəzaya düşüb. Təyyarədə Polşa prezidenti Lex Kaçinski və Polşa siyasi və hərbi elitasının nümayəndələri olub. Fəlakət qatı dumanda baş verib. Təyyarə icazə verilən hündürlükdən aşağı düşüb, sol qanadı ilə ağcaqayın ağacının zirvəsi ilə toqquşub, uçuş-enmə zolağının sonundan 200-300 metr aralıda yerə düşüb. Laynerin bütün 89 sərnişini və yeddi ekipaj üzvü həlak olub. Dövlətlərarası Aviasiya Komitəsinin, Polşa Daxili İşlər Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqi Komissiyasının və Polşa Ali Nəzarət Palatasının ekspertlərinin rəyinə görə, fəlakətin səbəbi pilotların səhvləri və uçuşun təşkilindəki çatışmazlıqlar olub.
323 dəfə oxundu