Mərkəzi Bank niyə Quba Olimpiya Kompleksini alıb?

Mərkəzi Bank niyə Quba Olimpiya Kompleksini alıb?
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bank 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat bu dəfə də müzakirəsiz ötüşməyib. Hesabatda ən çox diqqət çəkən məqam isə 2023-cü ildə Quba Olimpiya İdman Kompleksinin Mərkəzi Bankın investisiya mülkiyyətinə köçürülməsi olub. Belə ki, 24 avqust 2023-cü il tarixində Mərkəzi Bank “AzəridmanServis” MMC ilə bağladığı bir illik müqavilə əsasında əldə edilən mənfəətin 50%-ni əldə edib. Müzakirələr zamanı MB-nin bu addımının qanunauyğun olmadığı deyilib, birbaşa sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilib.

Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, Mərkəzi Bank belə investisiya etməməlidir.
“Bu, Azərbaycan Mərkəzi Bankın işi deyil. AMB-nin işi pul siyasəti və maliyyə bazarlarına nəzarətdir. Lakin bunu Mərkəzi Bankla dəqiqləşdirmək lazımdır. Ola bilər ki, həmin əmlak Mərkəzi Bankda girovda olub. Yəni AMB hansısa banka kredit verib, əmlak girova qoyulub, sonradan həmin bank bağlanıb, kredit qayıtmayıb. Əmlak hərraca çıxarılıb, lakin satılmayıb. Qanuna əsasən, iki dəfə hərrac keçirilir. Əmlakı heç kim almırsa, onda ipoteka saxlayan tərəf, yəni bank özü onu almalıdır. Almasa, girovdan azad olunacaq. Bu mümkündür. Lakin AMB bunu əldə edibsə belə, satmalıdır. Belə bir obyekti mülkiyyətdə saxlamaq Mərkəzi Bankın mahiyyətinə uyğun deyil”, - hüquqşünas bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...