500 manat müavinət bütün ailələrə verilə bilər - AÇIQLAMA
Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də dəfnə görə ödənişin həyata keçirilməsidir.
BAKU.WS-in məlumatına görə, mövcud qanunvericilikdə dəfnə görə müavinətin işsizlikdən sığorta alana, sığorta olana və əmək pensiyaçıları dünyasını dəyişən zaman ödənilməsi nəzərdə tutulub.
Sığorta olunan və sığorta alanlar üçün onların ailələrinə ödənilən vəsait 500 AZN, əmək pensiyaçısı dünyasını dəyişirsə, onun ailəsinə ödənilən məbləğ minimum əmək pensiyasının 3 misli (840 AZN) həcmində olur.
Mövcud qaydalar göstərir ki, dəfn müavinətindən heç də bütün ailələr istifadə edə bilmir. Bunun səbəbi isə qanunvericilikdə müavinətin verilməsi ilə bağlı şərtlərdir. Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, dəfnə görə müavinət bütün ailələr üçün əlçatan olmalıdır:
"Vəfat edən şəxsin sığorta olunan və ya əmək pensiyaçısı olması nəzərə alınmadan onun ailəsinə dəfn pulu ödənilməlidir. Bir çox hallarda ailələrin maddi durumu zəif olur və buna görə dəfnlə bağlı xərcləri ödəməkdə çətinlik çəkir. Bu müavinət həmin ailələrə də ödənilərsə, dəfnə görə xərclərin bir hissəsi qarlışanmış olar.
Bu müavinətin miqyasının genişləndirilməsini, vəfat edən şəxsin sığorta olunan və ya əmək pensiyaçısı olması nəzərə alınmadan onların ailəsinə müavinətin verilməsini təklif edirik".
411 dəfə oxundu