Dövlət xəstəxanalarında həftəsonu həkim çatışmazlığı var? VİDEO

Dövlət xəstəxanalarında həftəsonu həkim çatışmazlığı var?

Xəstəxanaların həftəsonu fəaliyyəti vətəndaşları qane etmir.

Sosial şəbəkələrdə də bununla bağlı paylaşımlara rast gəlinir.

Bəs bu iddialar nə dərəcədə doğrudur? Maraqlıdır, bayram və bazar günləri İcbari Tibbi Sığorta üzrə iş prinsipi dövlət xəstəxanalarında necə tənzimlənir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, təcili və təxirəsalınmaz hallarda vətəndaşa tibbi xidmət, göndəriş vərəqəsi olmadan, dərhal göstərilir.

Təcili hal zamanı pasiyentə dövlət xəstəxanalarında tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaş qeyri-iş günləri daxil olmaqla göndəriş olmadan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən istənilən birinə yaxınlaşaraq, tibbi xidmətdən yararlana bilər. Lakin burada bir məqam dəqiqləşdirilməlidir. Əgər vətəndaşa göstəriləcək xidmət İcbari Tibbi Sığorta zərfinə aid deyilsə, bu zaman Agentlik sığorta ödənişindən imtina edir.

Ətraflı videoda:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...