Ağ Ev “Azov”u yoxladı, ABŞ silahlarının verilməsinə icazə verilıəcək
ABŞ prezidenti Co Baydenin administrasiyası 12-ci "Azov” Xüsusi Qüvvələr Briqadasının Milli Qvardiyasının əsgərlərinə təhvil verilmiş Amerika silahlarından istifadə etməyə icazə verəcək.
Qaynarinfo xəbər verir ki, "The Washington Post”un məlumatına görə, müvafiq qərar Dövlət Departamentinin "Azov” briqadasının yoxlamasından sonra qəbul edilib. Bir neçə il əvvəl amerikalılar "qrupun mənşəyi ilə bağlı Vaşinqtonda narahatlıqlar” fonunda "Azov” briqadasının silahlanmasına "tabu” qoyublar.
İndi Ukrayna Milli Qvardiyasının bu briqadası hər hansı digər birlik kimi ABŞ-ın hərbi yardımına çıxış əldə edəcək.
"Ukraynanın 12-ci Xüsusi Təyinatlı Qüvvələrinin "Azov” briqadası hərtərəfli yoxlamadan sonra ABŞ Dövlət Departamentinin apardığı Leyqa yoxlamasından keçib”, - Dövlət Departamentinin bəyanatında deyilir.
ABŞ agentliyi keçmiş senator Patrik C. Leyginin və insan hüquqlarının pozulmasına görə tanınan xarici bölmələrə ABŞ-ın hərbi yardımının ötürülməsini qadağan edən sənədin müəllifinin adını daşıyan "Leygi qanunu”na istinad edir. Bildiyiniz kimi, "Azov”çular bu kateqoriyaya aid deyil.
Bundan əlavə, Dövlət Departamenti bu cür pozuntularla bağlı "heç bir sübut” tapmayıb. Eyni zamanda, müvafiq "tabu”nun tam olaraq nə vaxt qaldırıla biləcəyi göstərilmir. O da qeyd olunur ki, 2014-cü ilin "Azov” batalyonu struktur baxımından hazırda Milli Qvardiyanın tərkibində olan briqadadan fərqli olduğundan bu məhdudiyyətlər tətbiq edilmir.
Mayın əvvəlində məlum olub ki, Mariupolun rus qoşunlarına qarşı müdafiəsinə rəhbərlik edən elit Ukrayna bölməsi olan "Azov” alayı neonasizmlə əlaqə iddialarına görə ABŞ-ın son hərbi yardım paketini almaqdan kənarlaşdırılıb.
Briqadanın zabitləri ABŞ-ın qadağasının Ukraynanın ən təcrübəli bölmələrindən birinin Avropada NATO qüvvələri ilə təlim keçirməsinə mane olmasından narahat olublar.
"Azov” döyüşçüləri neonasizmlə bağlı ittihamları rədd edərək, könüllülər briqadasının tərkibində hazırda müxtəlif etnik və dini qruplardan olan döyüşçülərin, o cümlədən yəhudi əsgərlərin olduğunu qeyd ediblər.
372 dəfə oxundu