Avtobus və velosiped zolağına çıxan maşınlar 100 manat cərimə ediləcək

Avtobus və velosiped zolağına çıxan maşınlar 100 manat cərimə ediləcək
Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir.

Gundeminfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 100 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, hazırda bu cərimənin məbləği 40 manatdır.

Eyni zamanda, velosiped yollarında hərəkət edən nəqliyyat vasitələri cərimə ediləcək.

Belə ki, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə yüz manat məbləğində cərimə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...