Obyektlərə icazəsiz şəhid adları verənləri hansı CƏZA GÖZLƏYİR?
Dünya tarixinə, mədəniyyətinə, elminə öz töhfəsini verən şəxslərin adlarının əbədiləşdirilməsi üçün onların adına muzeylər açılır, şəhərlər salınır, heykəllər qoyulur. Bu, Azərbaycan qanunericiliyində də öz əksini tapıb.
Nazirlər Kabinetinin qərarı ilə görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradılıb və komissiya bu işləri həyata keçirir. Vətən uğrunda canından keçən insanların adları küçələrə, parklara, dövlət ümumi təhsil müəssisələrinə verilir.
Bəzən isə bu adın tamamilə uyğunsuz obyektlərə verilməsinin şahidi oluruq.
Cəmiyyətdə çox sevilən vətən fədailərinin adları bəzən adi, uyğun olmayan kurslara verilir. Bu, obyekt sahibinin Milli Qəhrəmana sayğısını, sevgisini göstərsə də, cəmiyyətin həmin şəxsə sevgisindən istifadəsi kimi iradları da meydana çıxarır. Yəni insanlar açdıqları dükana, kursa görkəmli şəxsin, Milli Qəhrəmanların adlarını verməklə həmin obyektə xüsusi maraq artırırlar.
Bəs görkəmli şəxslərin, milli qəhrəmanların adına obyekt açmaq qanunidirmi? Bu, necə tənzimlənməlidir?
Yaranan suallara aydınlıq gətirən hüquqşünas Əsabəli Mustafayev deyib ki, hər hansı obyektə görkəmli şəxsin adı veriləndə onun peşəsi ilə uyğunluq gözlənilməlidir:
“Yeri gəldi, gəlmədi müxtəlif obyektlərə, ərazilərə, binalara tanınmış, xüsusilə də siyasi xadimlərin, hərbçilərin adlarının verilməsi sovet dövrünün qalıqlarıdır. O vaxt bu dəb idi. Ölkənin bütün şəhər, qəsəbə, hətta kəndlərində mərkəzi küçələrə Lenin adı verilirdi. Hətta stadiona, konsert salonuna Leninin və yaxud digər siyasi xadimlərin, inqilabçıların adları verilirdi. Bu, düzgün təcrübə deyil.
Yalnız keçmiş sovet ölkələrində yayılmış məsələdir. Əlbəttə, ölkənin tarixində, dövlətçiliyində rolu olmuş hər bir şəxsin, vətən uğrunda şücaət göstərmiş, həlak olmuş hər bir şəxsin xatirəsini əbədiləşdirmək lazımdır. Amma bunu düzgün istiqamətləndirmək, həmin şəxsin çalışdığı sahəni nəzərə almaq lazımdır. Tutaq ki, şəxs idmançıdırsa, idman sahəsi ilə bağlı məkanlara adını vermək doğru olar. Məsələn, Bakıda Tofiq Bəhramov adına stadion var, bu, çox düzgündür.
Məşhur bəstəkarların adlarını gətirib stadiona qoymaq düzgün deyil. Həmçinin, hərbçilər. Belə şəxslərin adlarını hərbi təyinatlı obyetklərə vermək lazımdır. Hərbi məktəblər, hansısa hərbi təyinatlı binalara vermək olar. Həmçinin, bu adamların adlarını yaşatmaq üçün küçə və prospektlərə də onların adlarını vermək doğru qərardır”.
Vəkil hesab edir ki, adlar xüsusi komissiyanın razılığı əsasında verilməlidir:
“İdman zallarına, az qala gözəllik salonlarına, şadlıq saraylarına elə adlar qoyurlar ki, adamın tükləri biz-biz olur. O insanların xarakterinə, xatirəsinə yaraşmayan obyektlərə onların adını qoyurlar. Bunun qarşısı alınmalıdır. Bizdə rayon icra hakimiyyətlərinin nəzdində küçələrə ad verilməsi ilə bağlı xüsusi komissiya var. Komissiyada tarix, mədəniyyət sahəsində bilikləri olmuş şəxslər toplaşırlar. Onlar da bu uyğunluğu düşünüb qərar verirlər. Bəzən abad olmayan küçəyə elə məşhur şəxslərin adlarını verirlər ki, adam utanır.
Obyektlərə gəldikdə isə bunu nizamlayan normativ akta rast gəlməmişəm.
Mənə elə gəlir ki, belə bir akt da yoxdur. Ona görə də kim istəyir, ad qoyur. Hesab edirəm ki, obyektlərə ad qoymaq məsələsi həmin komissiya tərəfindən müəyyənləşməlidir. Hər hansı məktəb tikilirsə, obyekt sayılırsa və ora fiziki şəxsin adı qoyulursa, həmin obyekt sahibi komissiyaya mürcaiət etməlidir. Öz qızının, övladının adını qoyursa, qoysun. Amma burada söhbət məşhur insanlardan getdiyi üçün məsələ dəyişir.
Razılıq alandan, rəsmi qərar olandan sonra o addan istifadə edə bilər. İcazə olmadan adların qoyulması məsuliyyətə səbəb olmalı, inzibati məsluliyyət və cərimə tətbiq olunmalıdır”.
Onun sözlərinə görə, burada məsələ cəriməni ödəyib adı saxlamaqdan getmir:
“Yəni şəxs cəriməni ödəyib adı saxlayıb, bu addan pul qazanmaq üçün istifadə edirsə, daha ciddi cərimələnməlidir. Sonda inzibati həbs qərarı da çıxarmaq olar. Bəzi obyektlərə tanınmış şəxslərin adlarının qoyulması həmin o tanınmış adamların xatirəsini əzməkdir, onları nüfuzdan salmaqdır. Təklifim budur ki, obyektlərin hamısına ad qoyulması icra hakimiyyətindəki xüsusi komissiya tərəfindən icazə ilə həyata keçirilsin”.
Günay Şahmar
Mənbə: bizim.media
465 dəfə oxundu