"Bütün pulları Dəniz Əsədov alıb..." - Baş həkimin qalmaqallı məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs, əvvəllər müxtəlif xəstəxanalarda baş həkim işləmiş Rauf İsfəndiyarovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq məhkəmə prosesində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Əli Bağırlı 1,6 milyon manatlıq mülki iddia ərizəsini məhkəməyə təqdim edib. Hakim tərəflərin fikirlərini öyrəndikdən mülki iddianı qəbul edilmiş sayıb.
Sonra şahid qismində Bəhruz Quliyev ifadə verərək bildirib ki, pensiya təminatı ilə bağlı Orucov Yelmar Şahmar oğlunu tanıyıb. 3-cü qrup gözdən əlilliklə bağlı 2017-ci ildə atam Yelmarla danışıb. Mənim ancaq sms gələndə bilmişəm ki, mənə Samux rayonunda 1 illik 3-cü qrup əlillik təyin olunub, hər ay 471 manat pensiya almışam. Sonra istintaq dövründə deyirlər ki, 3 min manat rüşvət vermisiz əlilliyə görə. Mən Rauf İsfəndiyarovu tanımıram.
Məlum olub ki Rauf İsfəndiyarov 2017-ci ilin aprel ayının 28-də Ramanadakı xəstəxanaya baş həkim təyin edilib.
Məhkəmənin gedişində Rauf İsfəndiyarovun vəkili Mirzə Xankişiyev vəsatət verərək göstərib ki, istintaq dövründə 90 nəfər dindirilsədə yeganə Dəniz Əsədov zərərçəkmiş qismində tanınıb. Halbuki Dəniz Əsədovun Rauf İsfəndiyarovla əlbirliyi istintaq dövründə sübut olunub. Ancaq sonda Rauf İsfəndiyarov təqsirləndirilən şəxs qismində, Dəniz Əsədov isə zərərçəkmiş kimi tanınıb. Hətta Dəniz Əsədov sosial şəbəkələrdə paylaşımlar edərək Rauf İsfəndiyarov barədə dələduz görüntüsü yaradıb. Bütün şəxslərdən pulları Dəniz Əsədov alıb, məhkəməyə gələn şahidlərin heç biri Rauf İsfəndiyarovu tanımır. Bütün sadaladıqlarımı nəzərə alıb, Rauf İsfəndiyarovun xəstəliyini nəzərə alıb müdafiə etdiyim şəxsi ev dustaqlığına buraxasınız".
Hakim müşavirədən qayıdaraq vəsatətin təmin edilməməsini elan etdi.
Növbəti məhkəmə prosesi iyul ayının 23-nə təyin edildi.
İstintaq materiallarında qeyd olunub ki, Rauf İsfəndiyarov 27 oktyabr 2011-ci il tarixdən Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Bundan başqa, o, 28 aprel 2017-ci il tarixdən 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini 2018-ci ilin aprel ayında ələ keçirərək təkrarən dələduzluq edib.
Eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1.646.337,52 manat məbləğində pul vəsaiti ziyan vurub. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
238 dəfə oxundu