“Sirab” bu nöqsana görə cəzalandırılır: 10 min manatadək cərimə gözləyir

“Sirab” bu nöqsana görə cəzalandırılır:
"Sirab Satış və Dağıtım MMC”yə açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərindən birini pozma maddəsi ilə cərimə yazılıb.

7News.Az xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsinə cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Cəbrayılovun icraatına verilib.

"Sirab Satış və Dağıtım MMC” barəsində protokol tərtib olunan maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...