ABŞ vətəndaşlarını istənilən uçuşla Livanı tərk etməyə çağırdı

ABŞ vətəndaşlarını istənilən uçuşla Livanı tərk etməyə çağırdı
ABŞ və Böyük Britaniyanın hakimiyyət orqanları öz vətəndaşlarını mümkün hərbi əməliyyatların başlanması səbəbindən təcili olaraq Livanı tərk etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sözügedən ölkələrin səfirlikləri rəsmi saytlarında bəyanat dərc ediblər.
Qeyd olunur ki, vətəndaşlar mümkün qarşıdurma zonasını tərk etməli və ya sığınacaq tapmalıdırlar.
ABŞ-nin Beyrutdakı səfirliyi amerikalıları istənilən uçuşla Livanı tərk etməyə və vəsait çatmazsa, diplomatik yardım axtarmağa çağırır.
Qeyd edək ki, bundan əvvəl bir sıra Avropa və Asiya ölkələri, o cümldən Azərbaycan Livanda yaşayan vətəndaşlarını oxşar addımlar atmağa çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...