"UPSİLON"da baş verənlərlə bağlı prokurorluqdan REAKSİYA: Şikayətçi izahat verdi
“UPSİLON” şirkətinin vergi saxtakarlıqları və digər yeyintiləri ilə bağlı prokurorluğa şikayət edildi.
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov 26-89-da yaşayan Əliyar Xasiyev Xeberlent-ə mart ayının 13-dən işlədiyi “UPSİLON” şirkətindən şikayət dolu məktub ünvanlayıb.
O qeyd etmişdi ki, işə qəbul edildiyi vaxt ona 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərci söz verilmişdi. Birinci ay vaxtında əmək haqqı ödənilsə də, ikinci aydan etibarən pul ödənişlərində problem yaranıb. Onun sözlərinə görə, sözügedən şirkət əmək haqqının verilməsində və digər saxtakarlıqlara əl atıb.
Əliyar Xasiyev onu da bildirmişdi ki, “UPSİLON” şirkəti ona ümumi olaraq 16693 manat və əlavə olaraq 5 aylıq ezamiyyət pulu verməldir. Şikayətçi hazırda, ona vurulan maddi zərərdən əlavə, əmək kitabçasını da şirkətdən geri ala bilmir. iddia edir ki, şirkət işçilərin əmək haqqısında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına da yol verib.
Əliyar Xasiyev redaksiyamıza açıqlamasında bildirib ki, “UPSİLON” şirkətinin qanunsuz əmməlləri ilə bağlı Lerik rayon prokurorluğuna dəvət edilib. O, əlində olan faktları rayon prokurorluğuna təqdim edib. Hazırda faktlarla bağlı araşdırma aparılır.
223 dəfə oxundu