Rayon kənd təsərrüfatı idarələri mayda fəaliyyətə başlayacaq

Rayon kənd təsərrüfatı idarələri mayda fəaliyyətə başlayacaq


Bu ilin mayından 52 rayon və şəhər kənd təsərrüfatı idarələri üçün binalar istismara verilməyə başlayacaq. Onlar Kənd Təsərrüfatı Nazirliynin 9 ləğv edilən regional idarəsini əvəz edəcək, deyə KTN-in mətbuat katibi Murtuzəli Hacıyev Turan-a bildirib.

Kənd Təsərrüfatı Nazirliynin yeni strukturuna əsasən, ərazi idarələrinin ştatı 780 nəfərdən ibarət olacaq. Onlar dövlət qulluqçularının seçimi yolu ilə komplektləşdiriləcək. Ötən həftə Nazirlər Kabinetinin sərəncamı ilə iyunun 1-dən 9 regional idarə ləğv edilir. 2002-ci ildən bunlarda 100 nəfər çalışıb.

Kənd Təsərrüfatı Nazirliynin yeni strukturu ötən il oktyabrın 10-da dövlət başçısının sərəncamı ilə təsdiq edilib. Sənədə əsasən, nazirliyin aparatı və strukturlarının ştatı 1215 nəfər müəyyən edilib.

Kənd Təsərrüfatı Nazirliynin rayon və şəhər kənd təsərrüfatı idarələrinin yaradılması haqqında qərar prezident İlham Əliyev tərəfindən qəbul edilib. 16 aprel 2014-cü ildə o, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman verib. Bu yeni strukturların yaradılmasında məqsəd rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...