Köhnə salatlar, vaxtı keçmiş ərzaqlar, saxta içkilər - Zəhərlənmələrin qarşısını necə almaq olar?

Köhnə salatlar, vaxtı keçmiş ərzaqlar, saxta içkilər -
Xəbər verdiyimiz kimi, Qəbələdə toy mərasimində 55 nəfər qidadan zəhərlənib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi artıq hadisəni nəzarətə götürüb və araşdırma aparılır. Əgər xatırlayırsınızsa, bir neçə gün öncə Gəncə və Göygöyldə də kütləvi zəhərlənmə hadisələribaş vermişdi.

Bəs insanlarımız toy şənliklərində tez-tez zəhərlənməsinə səbəb nədir?

Bakupost.az -ın sualını cavablandıran qita mütəxəssisi İlkin Şirinov toylarda zəhərlənmənin artıq kütləvi hala çevirildiyini bildirib.
O deyib ki, əsas məsələ zəhərlənmənin səbəblərini araşdırmaqdır:

“Rayonlarda həyət toyları olanda qidalar ev şəraitində hazırlanır. Burda əsas məsələ hazırlanan yeməklərin saxlanma şəraitinə düzgün əməl olunmamasıdır. Nəzərə almaq lazımdır ki, bu gün bütün qidalarda bağırsaq çöpləri var və gigiyenik qaydalara əməl etməyəndə həmin o bağırsaq çöpləri aktivləşir və müxtəlif zəhərlənmələrə gətirib çıxarır”.

Ekspert şadlıq saraylarında keçirilən toylarda hazırlanan qidaların bir toydan digər toya saxlanılmasının zəhərlənməyə səbəb olduğunu bildirib:
“Əsas məsələ ictimai nəzarətin zəif olmasıdır. Bu da zəhərlənmə hallarının sayının çoxalmasına gətirib çıxarır. Bir məsələ də var ki, şadlıq sarayları ucuz başa gəlsin deyə vaxtı keçmiş ərzaqlardan qidalar hazırlayırlar. Aksiz markası olmayan içkilər verirlər. Bunlar da sonda zəhərlənməyə səbəb olur”.

İ.Şirinov bu cür halların qarşısını almaq üçün qida mütəxəssislərindən ibarət xüsusi bir işçi qrupunun yaradılmasını təklif edib:

“Əhali bilir ki, axşamdan hazırlanan salatlar bir gün sonra toyda qonaqlara verilir. Bu da zəhərlənməyə səbəb olan amillərdən biridir. Qida mütəxəssislərindən işçi qrup yaradılsa, şadlıq saraylarının soyuducularında bu halları aşkar etmək mümkün olar”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...