Suriyada daha bir iranlı general öldürüldü

Suriyada daha bir iranlı general öldürüldü


Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Muhsin Kacariyan öldürülüb. APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, M. Kacariyan İranın Nişapur şəhəri üzrə İmam Rza adına 1-ci briqada komandanı olub. Qeyd olunur ki, Bəşər Əsəd rejimin fəal şəkildə dəstəkləyən İran bu günə qədər Suriyada gedən döyüşlərdə, yüksək rütbəli zabitlər daxil olmaqla, yüzlərlə hərbçisini itirib. Xatırladaq ki, ötən ilin oktyabrında Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari, dekabrında isə Korpusun digər generalı Hüseyn Fədai həlak olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...