Soros Putinlə bağlı ABŞ və Aİ liderlərinə xəbərdarlıq etdi

Soros Putinlə bağlı ABŞ və Aİ liderlərinə xəbərdarlıq etdi

ABŞ və Aİ ölkələrinin liderləri “İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlılarına qarşı mübarizədə Rusiya prezidenti Vladimir Putinin potensial müttəfiq olduğunu düşünməkdə ciddi səhvə yol verirlər.

Bu barədə amerikalı maliyyəçi Corc Soros Project-syndicate.org-da dərc edilən yazısında bildirib.

Onun sözlərinə görə, Putinin məqsədi – Avropa İttifaqının dağılmasına vasitəçilik etməkdir, bunu etməyin ən asan yolu isə Aİ-yə çoxsaylı suriyalı qaçqının gətirilməsidir. Soros yazır ki, Suriyanın 70 min dinc sakini Türkiyədə qalıb, onlar orada qalmaya da bilər.

“Putinin dahiyanə taktikası var, amma strateji düha deyil. Onun Suriya münaqişəsinə Avropanın qaçqınlar böhranının kəskinləşdirmək üçün qarışdığını ehtimal etmək üçün heç bir əsas yoxdur. Həqiqətən də onun qarışması strateji səhv idi, indi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə hər iki ölkənin maraqlarına toxunan münaqişəyə cəlb edilib”, - Soros əlavə edib.

Bununla yanaşı, maliyyəçi deyib ki, Rusiya prezidenti Aİ-nin süqutu üçün imkan düşən kimi bu şansı əldən verməyib.

Eyni zamanda, Sorosda ABŞ və Aİ liderlərinin Putini davranışına görə dəyərləndirməyərək onun sözünə nəyə görə inanmaqlarına dair sual yaranır.(oxu.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...