Ziyafət Əsgərov: “Niyə Avropa QHT-lәri Xocalı ilə bağlı bәyanat vermirlәr?”

Ziyafət Əsgərov: “Niyə Avropa QHT-lәri Xocalı ilə bağlı bәyanat vermirlәr?”

"Niyə bәzi Avropa QHT-lәri və özlәrini insan haqları müdafiәçisi adlandıran şәxslәr Xocalı ilə bağlı bәyanat vermirlәr?".

APA-nın mәlumatına görә, bunu Milli Mәclisin I vitse-spikeri Ziyafәt Әsgәrov son vaxtlar xarici mәtbuatda Azәrbaycanla bağlı yer alan tәnqidi yazılara münasibәt bildirәrkәn deyib.

Onun sözlәrinә görə, Azәrbaycan bu kimi sınaqlardan çıxıb vә narahat olmağa әsas yoxdur: "Eurovision" yarışı әrәfəsindә, xarici KİV-lər, qeyri-hökumәt tәşkilatları vә içimizdә sapı özümüzdәn olan baltalar çox çalışdılar ki, buna kölgә salsınlar, Azәrbaycanın imicini xoşagәlmәyәn şәkildә formalaşdırsınlar. Heç nә alınmadı. İndi isə yenә başlayıblar. Mәnasız və mәnәvi, siyasi, hüquqi әsası olmayan bәyanatlar verirlәr. Amma Azәrbaycanın inkişafı göz qabağındadır. Biz birinci Avropa oyunların hazırlaşırıq. Demәk olar ki, idman qurğularının hamısı istifadәyә verilib. Yarışların çox yüksәk sәviyyәdә keçәcәyini gözlәyirik. Niyә xarici QHT-lәr Azәrbaycan әrazisindә törәdilәn terror hadisәləri, Azәrbaycanın bir milyon qaçqını barәdә danışmırlar? Amma hansısa cinayәtkar barәdә әllәrindә bayraq tuturlar. Burada ikili, üçlü standartlar var. Bu sahәdә mәtbuat da ayıq olmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...