Səməd Seyidovla Əlixan Məlikovun adı keçən - Baltalanma cinayəti

Səməd Seyidovla Əlixan Məlikovun adı keçən -


Bir neçə gün öncə “Qafqazifo”da Yasamal rayonunda bir nəfərin qarajda baltalanması ilə bağlı xəbər yayımlanmışdı. Xəbərdə qeyd olunurdu ki, hadisə fevralın 2-də Yasamal rayonunda baş verib. Bəşir Səfəroğlu küçəsində yerləşən qarajda Ehtiram adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Murad Quliyevin sol əlinə balta ilə zərbə vurub. Qaraj M.Quliyevə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Zərərçəkən 1986-cı il təvəllüdlü Murad Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onu balta ilə vuran keçmiş mayor Ehtiram Əlişanov, həm də Səməd Seyidovla Əlixan Məlikovun qohumudur.

Murad Quliyev bildirib ki, 2006-ci il Səməd Seyidovun baldızı qızı Səbinə ilə evlənib: “Səbinə ilə ailə quranda onlar çox kasıb idi. Səməd Seyidovun vəzifəsi böyüyəndən sonra ailənin vəziyyəti də dəyişməyə başladı. Mən bizneslə məşğul idim, buna görə də tez-tez Polşaya gedirdim. Mən Polşada olan vaxt da bunlar ərizə verib boşanma qərarını alıblar. Mənə nə bildiriş gəlib, nə də məhkəmədə iştirak etmişəm. Mədinə adında 7 yaşlı qızım var, qızımla görüşə isə icazə vermirlər. Buna görə məhkəməyə müraciət etmişəm”.

Quliyev qeyd edir ki, keçmiş xanımının vəzifəli qohumları onu ölümlə təhdid edir: “Yoldaşım Səbinə boşanan kimi onu “Azəriqaz”ın keçmiş rəhbəri Əlixan Məlikovun oğlu Elnur Məlikova ərə veriblər. Bunu da Səməd Seyidov edib. Qayınatam Ehtiram Əlişanov Səbail RPİ-də Narkotiklə Mübarizə Şöbəsində baş əməliyyat müvəkkili olub. 1997-ci ildə əlində balta, əynində gülləkeçirməz ilə Səbailin o vaxtkı polis rəisi Nazim Nağıyevin evinə gedib onu öldürmək istəmişdi.
Səməd Seyidovla Əlixan Məlikovun adı keçən -
Səməd Seyidovla Əlixan Məlikovun adı keçən -

Səbəb də o olmuşdu ki, bunun qanunsuz əməllərindən sonra rəis onu müdafiə etməmişdi. O vaxt Ehtiramı həbs edib 11 il cəza verdilər, Səməd Seyidov deputat olandan sonra onu çıxartdırdı. İndi də “MedEra” klinikasında uşaq həkimi işləyir. Bu əməlləri törədən adam necə uşaq həkimi olub, bilmirəm?

Ehtiram Əlişanov-Keçmiş qayınatası
Səməd Seyidovla Əlixan Məlikovun adı keçən -

Bir neçə gün əvvəl mən qızımı görmək üçün məktəbə getdim. Səbinə də ordaydı, mənim üstümə hücum çəkdi ki, niyə gəlmisən. Sonra mənə hədə-qorxu gəlməyə başladı. Ona dedim ki, mən uşağın atasıyam, bunu yaddan çıxartma. Sonra gəldim iş yerimə, qarajdaydım. Axşamüstü gördüm kimsə içəri girdi, başında da “kapşonka”. Əlində də paket vardı, mən də yaxınlaşdım ki, görüm nə məsələdi? Elə bu vaxt paketi açıb qayınatam Ehtiram balta ilə üstümə cumdu. Mən isə qolumdan yaraladım. Qarajı da dağıtdı, qapını, pəncərəni sındırdı. Sonra da oğlu məni ölümlə hədələməyə başladı. Ehtiramın oğlu Mütəllim Əlişanov da “Energy Club”da administratordu. İkisi də mənə hədə qorxu gəlir. Dediyim kimi, Ehtiram əvvəl də rəisini öldürmək istəyib, həbsdə yatıb. Ona görə məni hər an öldürə bilər”.

Mütəllim Əlişanov-Keçmiş qaynı
Səməd Seyidovla Əlixan Məlikovun adı keçən -

Murad Quliyev deyib ki, baltalanması ilə bağlı hazırda Yasamal RPİ 26-cı polis bölməsində tədqiqat işi aparılır:
“Əlixan Məlikovla Səməd Seyidov vasitəsilə həm məhkəməyə, həm də polisə təzyiq edirlər. Mənim tək istəyim budur ki, şikayətimə ədalətli baxılsın və həyatım təhlükə altında qalmasın. Mən də bunlar kimi balta götürüb döyüşəsi deyiləm axı. İstəyim odur ki, məni öldürməsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...