Merkel Türkiyəyə marta kimi vaxt verdi

Merkel Türkiyəyə marta kimi vaxt verdi


Almaniya kansleri Angela Merkel Avropa Birliyi ilə Türkiyə arasında qaçqın böhranı mövzusunda əldə olunan razılığa martda qərar veriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Merkel bu barədə dünən Brüsseldə başlayan AB zirvəsində məlumat verib. Onun sözlərinə görə, qarşıdan gələn həftələrdə Türkiyə sahil təhlükəsizlik qrupları ilə AB Sərhəd Təhlükəsizlik Agentliyi arasındakı əməkdaşlıq gücləndiriləcək. Merkel AB ölkələri arasında qaçqın kvotaları mövzusunda “könüllülük prinsipi” çərçivəsində razılığa gəldiklərini qeyd edib.

Xatırladaq ki, ötən ilin noyabrında miqrantların Türkiyədə qalması qarşılığında AB Ankara ilə 3 milyard dollarlıq yardım müqaviləsi imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...