Bölgələrdəki aeroportlar özəlləşdirilə bilər

Bölgələrdəki aeroportlar özəlləşdirilə bilər

Lənkəranda hava limanı tikiləndə dedim ki, onun yerinə orada velosiped zavodu tikilsin, hər il Azərbaycana 100 minə qədər velosiped gətirilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zaman deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, budcədə özəlləşdirmədən gələcək gəlir 100 milyon manat məbləğində müəyyən olunub: “Bu məbləğ çox azdır, özəlləşdirməyə daha böyük diqqət ayırmaq lazımdır. Regionlarda tikilmiş hava limanları da özəlləşdirilməlidir. Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır”.

Virtualaz.org xatırladırıq ki, hazırda Azərbaycanın beş bölgəsində (Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatalada) mülki aviasiyanın müasir tələblərinə tam cavab verən beynəlxalq statuslu hava limanları fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...