Eks-deputat qardaşı oğlundan DANIŞDI

 Eks-deputat qardaşı oğlundan


“Anar Məmmədovun Azərbaycanı tərk etməsi haqqında informasiyalar yalandır”. Bu sözləri Modern.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov deyib. O qeyd edib ki, qardaşı oğlunun ailəsi ilə birlikdə İngiltərəyə getməsi iftiradır.

“Hər bir Azərbaycan vətəndaşının hansısa ölkəyə gedib-gəlmək hüququ var. O da gənc, biznes aləminin mühitini formalaşdıran insan kimi gedib-gəlir, yəni əlaqələri var. Bunu hər hansı böhran və ya Ziya müəllimlə hallandırmaq düzgün deyil. Iqtisadi və maliyyə böhranı bütün dünyada var. Ancaq bu o demək deyil ki, təkcə Anar Məmmədovun rəhbərlik etdiyi şirkətdə böhran yaşanır”. E.Məmmədov vurğulayıb ki, Anar Məmmədov Azərbaycandan həmişəlik getməyib. “Kimsə cəmiyyətdə çaşqınlıq salmasın. Hər bir insanın digər ölkəyə gedib-gəlmək hüququ var. Anar Məmmədov Azərbaycan vətəndaşıdır. Heç bir ölkənin vətəndaşlığını qəbul etməyib. Azərbaycan vətəndaşı olaraq ailəsi, balaları ilə istədiyi zaman hansısa ölkəyə gedib-gəlir”.

Qeyd edək ki, bu gün yerli KİV-də Anar Məmmədovun Azərbaycanı həmişəlik tərk edib ailəsi ilə birlikdə İngiltərə köçdüyü barədə xəbər yayılıb. Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”in rəhbərliyindən istefa verib və hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...