Rusiya Suriyada döyüş uçuşlarını dayandırıb

Rusiya Suriyada döyüş uçuşlarını dayandırıb


Rusiya aviasiyası Suriyada döyüş uçuşlarını dayandırıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə deyib.

“Suriyada atəşkəsin tətbiqinə dair Rusiya-ABŞ razılığına dəstək olaraq və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qüvvəyə minməsi nəzərə alınaraq Rusiya aviasiyası Suriya ərazisində döyüş uçuşlarını bu gündən dayandırıb”, - deyə o qeyd edib.

S. Rudskoy Rusiya Hava Kosmik Qüvvələrinin Suriyada “yaşıl zona”ya aviazərbə endirməyi tamamilə dayandırdığnı bildirib.

O, müvafiq əmrin Rusiya müdafiə naziri tərəfindən ali baş komandanın ABŞ prezidenti ilə danışıqların nəticəsinə dair bəyanatından dərhal sonra verildiyini bildirib: “Fevralın 23-də Suriya tərəfi də Rusiya-ABŞ razılığına uyğun olaraq döyüşləri dayandırmaq barədə razılığını bəyan edib. 17 silahlı qruplaşma Hmeymimdəki komandanlığa müraciət edərək atəşkəsə riayət edəcəkləri ilə bağlı sənədi imzalayıb. Bu qruplaşmalar Azad Suriya Ordusu, “İskanderon”, “Sureym”, Çelobiya” və digər silahlı qruplaşmalardır. Bu qruplaşmalar İŞİD-lə mübarizəni isə davam etdirir".

Qeyd edək ki, fevralın 27-də Suriyada Dəməşq vaxtı ilə saat 00:00 atəşkəs elan olunub.

Atəşkəs rejimi BMT TŞ tərəfindən terrorçu qruplaşma kimi tanınan İŞİD və “Ən Nüsra” qruplaşmalarına şamil olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...