İranda seçkilərin nəticələri sabah elan olunacaq
İranda keçirilən seçkilərdə mühafizəkarlar və islahatçılar düşərgəsindəki partiyaların aldığı səslər bir-birinə yaxındır. İran Daxili İşlər Nazirliyinin Seçkilər Təşkilatı Parlament və Xobreqan Ekspertlər Şurasına seçkilərdə səsvermə hüququ olanların 70 faizdən çoxunun səsvermədə iştirak etdiyini açıqlayıb. Səsvermə vaxtı əhalinin sıxlığına görə bəzi seçki dairələrində səsvermənin müddəti 4 dəfə uzadılıb. Tehran, Təbriz və bəzi digər şəhərlərdə səslərin hesablanmasına görə məktəblərdə dərslər tətil olunub.
İran Daxili İşlər Nazirliyi bəzi qüvvələrin seçkilərdə təxribat törətməyə cəhd etdiyini, bununla belə, ümumilikdə seçkilərdə təhlükəsizliyinin tam təmin olunduğunu, hər hansı hadisənin baş vermədiyini açıqlayıb. Tehranda səslərin hesablanması davam etdirilsə də, böyük şəhərlərin çoxunda seçkilərin ikinci turu keçiriləcək. Xobreqan Ekspertlər Şurasına seçkilərin Tehrandakı nəticəsinə görə hazırkı prezident Həsən Ruhani və sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani öndədir. Tehrandakı seçkilərin nəticələrinin sabah elan olacağı gözlənilir.
850 dəfə oxundu