“Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”

“Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”


“Bu tədbirin təşkili üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib. O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi yalnız şaxələndirməyə deyil, enerji təhlükəsizliyi və siyasi-iqtisadi əlaqələrin gücləndirilməsinə töhfədir: “Bu prosesə verdiyi təkana görə Avropa İttifaqı adından Azərbaycana minnətdarlıq edirəm. Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”.

F. Mogerini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir: “Regionda sabitliyin bərqərar olması vacibdir. Avropa İttifaqı Cənubi Qafqazda sülhün qorunması ilə bağlı davamlı səylərini davam etdirir”.

Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç isə aparılan müzakirələrin səmərəli olduğunu vurğulayıb: “Bütün ölkələrdə layihənin gedişi ilə bağlı tərəqqi var. Cənub Qaz Dəhlizi çox vacib regionda reallaşdırılır. Bu toplantının növbəti dəfə təşkil olunmasına görə prezident İlham Əliyevə təşəkkür edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...