Ramil Usubov gələcəyin polisləri ilə bir arada

Ramil Usubov gələcəyin polisləri ilə bir arada

Polis olmaq arzusunda olanlar müraciət edə bilər. Daxili işlər naziri general-polkovnik Ramil Usubov polis olmaq istəyən şəxslərin işlərinə baxacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumta görə, may ayının 30-da, saat 12:00-da, nazir tərəfindən Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə blərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 35 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...