Putin nefti bahalaşdıracaq

Putin nefti bahalaşdıracaq

“Foreign Policy”in ekspertləri Qafqaz üçün qorxulu proqnoz verib. Neftin qiymətini qaldırmaq üçün Rusiya tranzit ölkələrinə təzyiq göstərə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Amerikanın “Foreign Policy” nəşrinin icmalçıları bildiriblər.
"Moskva Tiflisə təzyiq göstərə bilər ki, neft kəmərlərini "təmirə bağlasın", yaxud birbaşa müdaxilə yolu ilə neft daşınmalarına dayandıra bilər", - deyə “Foreign Policy”nin dərc etdirdiyi məqalədə vurğulanır.


Bildirilir ki, neftin yüksək qiymətlərinin bərpası üçün ən azı bir il vaxt lazımdır, bu isə 2016-cı ildə iqtisadi vəziyyətini düzəltmək istəyən Rusiyanın işinə yaramır.

Ekspertlərin fikrincə, qiymətlərə ciddi təsir göstərmək üçün günlük neft təklifi 2-3 milyon barrel azaldılmalıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...