Mədət Quliyev Eldar Mahmudovun işdən çıxardığı polkovniki özünə müavin təyin etdi

Mədət Quliyev Eldar Mahmudovun işdən çıxardığı polkovniki özünə müavin təyin etdi


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib. İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub. DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub. DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...