Rza Zərrab bütün sərvətini satışa çıxardı

Rza Zərrab bütün sərvətini satışa çıxardı


500 milyon türk lirəsi sərvətlə Türkiyənin öndə gələn zənginlərindən olan Rıza Zərrabın bütün mal varlığını satışa çıxardığı iddia edilib.

Musavat.com-un məlumatına görə, Türkiyə mətbuatında Zərrabın məşhur müğənni Ebru Gündeşdən də boşanacağı xəbərləri yayılıb. Rza Zərrabın şəriki kimi tanınan Babək Zəncaninin İranda edam cəzasına məhkum edilməsindən sonra Türkiyənin müxalifət liderləri Türkiyə ilə bağlı istintaq dosyesinin də üzə çıxarılmasını tələb etmişdilər. Bütün bu baş verənlərdən sonra “Finans Gündem” iqtisadi xəbər saytı R. Zərrabın sahib olduğu daşınmaz əmlakların hamısını satışa çıxardığını iddia edib.

Qeyd edilib ki, son olaraq bir binanı 72 milyon lirəyə alan Zərrabın İstanbulda 62 evi, 2 villası, oteli, fabriki və çox sayda ofisi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...