Ankara terrorunda ölənlər arasında “Qalatasaray”ın hücumçusunun atası da var

Ankara terrorunda ölənlər arasında “Qalatasaray”ın hücumçusunun atası da var


Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Umud Buludun atası Kamal Bulud Ankarada törədilən partlayış nəticəsində ölüb. APA-nın xəbərinə görə, K. Bulud dünən keçirilən “Gənclərbirliyi” - “Qalatasaray” oyununa baxmaq üçün Ankaraya gedibmiş. Partlayış o, oyundan sonra evinə qayıdarkən baş verib.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...