Avropa Parlamentinin deputatı: "Azərbaycandan üzr istəməliyik"

Avropa Parlamentinin deputatı: "Azərbaycandan üzr istəməliyik"


“Şərq tərəfdaşlığı" proqramı məntiqi olaraq çıxmaz vəziyyətə düşüb. APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin “rubaltic.ru” analitik portalına müsahibəsində deyib. O qeyd edib ki, "Şərq tərəfdaşlığı"na daxil olan 3 ölkə - Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqının ancaq dünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduğunu bildirib.

“Azərbaycanı incitdiyimiz üçün o, bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırdı. Ukrayna, Gürcüstan, Moldova isə Avropa İttifaqı ilə assosiasiya sazişi imzaladı və bundan sonra "Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxmaz vəziyyətə düşdü”, - deyə o qeyd edib.

Yeni proqram hazırlanmalı olduğunu deyən deputat ilk növbədə Azərbaycanla münasibətlərin düzəldilməsinin vacibliyini vurğulayıb: "Birincisi, gəlin Azərbaycandan üzr istəyək. Azərbaycanda insan haqları, media azadlığı ilə problemlər ola bilər, lakin biz Avroparlament olaraq bunu Bakıya təhqiramiz formada çatdırdıq. Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyidir? Yoxsa, biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda böyük, vacib aktordur və biz bu ölkəyə terrorizmlə mübarizə və s. məsələlərdə etibar edirik?

Biz - Avropa İttifaqı ölkələri "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə, “Şərq tərəfdaşlığı”nın hazırkı formasında postsovet ölkələrinə nə isə verə bilmirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...