ABŞ Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb

ABŞ Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb


ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı vurğulanır.

“Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...